İran Prezidenti Rusiyaya səfər edəcək
Dünya
10:46 / 07.09.2024
3776
İran Prezidenti Məsud Pezeşkian BRİCS-in zirvə toplantısında iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana səfər edəcək.
Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Məlumata görə, səfər çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılıb.
Səfir bildirib ki, səfər və görüşlərlə bağlı hazırlıq işləri görülür. O əlavə edib ki, Məsud Pezeşkianın Vladimir Putinlə yanaşı, başqa ölkələrin liderləri ilə ikitərəfli, Rusiyadakı İran ictimaiyyəti ilə görüşü, sammitdə çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, BRİCS-in zirvə toplantısı 2024-cü ilin oktyabrında Kazanda keçiriləcək.