Japarov sərəncam imzaladı: Seçki keçiriləcək
Dünya
23:30 / 06.09.2024
4802
Qırğızıstan Prezidenti Sadır Japarov yerli şuraların (özünüidarəetmə orqanlarının) buraxılması və deputatların yeni seçkilərinin vaxtının təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sfera.az xəbər verir ki, bu barədə Qırğızıstan başçısının mətbuat xidməti məlumat yayıb.
Sərəncama əsasən, 2024-cü il noyabrın 17-də Qırğızıstanın bütün bölgələrində yerli şuralara yeni deputatların seçkiləri keçiriləcək.
Seçki aksiyalarının başlama tarixi isə sentyabrın 17-nə təyin edilib.