Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya 80 mindən çox raket mühərriki verəcək

Kanada Ukraynaya CRV-7 raket mühərriklərinin böyük partiyasını və 1300 ədəd raket başlığı verəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Kanada hökumətinin bəyanatında deyilir.

 

Kanadanın müdafiə naziri Bill Bler Ukraynaya hərbi yardım üzrə təmas qrupunun Almaniyada keçirilən iclasında çıxış edib.

 

Hərbi yardım paketinə 80 840 ədəd CRV-7 raket mühərriki və onlar üçün 1300 ədəd döyüş başlığı daxil olacaq.

 

CRV-7 raket mühərrikləri əvvəllər Kanada Hərbi-Hava Qüvvələri tərəfindən CF-18 qırıcılarında istifadə edilsə də, sonradan silinib.

 

Kanada, həmçinin öz ehtiyatından 970 ədəd C6 pulemyotu və 10500 ədəd 9 mm-lik tapança da verəcək.

 

Daha əvvəl bildirilmişdi ki, Kanada 2025-ci ilin əvvəlində Ukraynaya NASAMS zenit-raket kompleksi vermək niyyətindədir.


OXŞAR XƏBƏRLƏR

BAKIDA DƏHŞƏTLİ HADİSƏ: Sevgilisinin azyaşlı övladını işgəncə ilə öldürdü

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi ...

Zelenski Trampa zəng etdi: "Bu barədə razılığa gəldik”

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə...

COP29-la bağlı Bakıya gələcək qonaqlara bu yeməklər veriləcək - SİYAHI

COP29-da iştirak etmək üçün ölkəmizə gələcək qonaqlara təqdim olunacaq yeməklərin siyahısı müəyyənləşib.   Sfera.az xəbər verir ki, sahibkarları...

Yaddaşınızın güclü, beyninizin sağlam olmasını istəyirsinizsə, bu qidaları yeyin

Yaddaşı və beyin fəaliyyətini gücləndirməyə kömək edən bir çox qida növü var.   Sfera.az xəbər verir ki, bu qidalar antioksidantlarla, vitaminlər və ...

Maliyyə piramidası necə işləyir? - XƏBƏRDARLIQ

Maliyyə piramidası və ya “Ponzi” sistemi qeyri-qanuni investisiya fırıldaqçılığıdır.   Sfera.az xəbər verir ki, bu barədə Elektron T...

Kredit tarixçəsi pis olan vətəndaşlara ŞAD XƏBƏR

Artıq banklarda "qara siyahı" yoxdur.   Sfera.az-ın məlumatına görə, əgər vətəndaşın hazırkı maddi imkanı ödənişi etməyə imkan verirsə, ona...