Ermənistanı BRICS sammitində Paşinyan TƏMSİL EDƏCƏK

Ermənistanı BRICS sammitində Paşinyan TƏMSİL EDƏCƏK

Kazanda  keçiriləcək BRICS sammitində Ermənistan nümayəndə heyətinə ölkənin Baş naziri Nikol Paşinyan başçılıq edəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə Ermənistanın "News.am" portalı məlumat yayıb.

 

Məlumatı respublikanın xarici işlər naziri Mnatsakan Safaryan təsdiqləyib. O bildirib ki, Ermənistan həm Kazanda keçiriləcək BRICS sammitində, həm də Moskvada keçiriləcək qeyri-rəsmi MDB sammitində iştirak edəcək.

 

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçiriləcək. Bu gün 2006-cı ildə yaradılan hökumətlərarası təşkilata Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.Moskvada Qələbənin 80 illiyi şərəfinə parad ərəfəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin qeyri-rəsmi sammitinin keçirilməsi planlaşdırılır.

 

İnci 


OXŞAR XƏBƏRLƏR