Yorğunluğun və depressiyanın QƏNİMİ
Sağlıq
22:34 / 21.12.2016
1512
Gündə cəmi iki kivi yemək depressiyanın inkişafı riskinin azalmasına kömək edir. Üstəlik, orqanizm faydalı vitaminlərlə bəslənir. Bu da əməyin səmərəliliyini artırmağa imkan verir.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Yeni Zelandiyadakı klinik mərkəzin əməkdaşları bu qənaətə gəliblər. Həkimlər 50-dən çox sağlam respondenti müşahidə edərək, müşahidələrinin nəticələrini "Science" jurnalında açıqlayıblar.
Layihə iştirakçılarının sağlamlıq durumunu təhlil edən ekspertlər belə nəticəyə gəliblər ki, gündə iki kivi yemək yorğunluğu azaltmağa və orqanizmi enerjili saxlamağa imkan verir.
Ekspertlərin sözlərinə görə, kivinin tərkibində viruslu xəstəliklərin və soyuqdəymənin qarşısını alan çoxlu maddələr var.