Gürcüstanla Qərb arasında böhran dərinləşir, parlament seçkilərinin nəticələri necə olacaq? - ŞƏRH

Gürcüstanla Qərb arasında böhran dərinləşir, parlament seçkilərinin nəticələri necə olacaq? - ŞƏRH

Regionda müzakirə edilən önəmli hadisələrdən biri də Gürcüstanda keçiriləcək parlament seçkiləridir. Bu seçkilərə rəsmi Tiflisin Qərb və Rusiya arasında seçim imkanı kimi baxılır. Qeyd edək ki, Gürcüstanda “Xarici agentlər” haqqında qanunun qəbulundan sonra Qərblə mövcud hökumət arasında siyasi böhran dərinləşib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası və hökumətin “boz kardinali” İvanaşvili Qərblə siyasi əlaqələrə yenidən baxır.

 

Onun sözlərinə görə, İvanaşvili daha çox Moskva ilə təmaslarda maraqlı görünür:

 

“Qərb dövlətləri Gürcüstan hakimiyyətinə bir sıra sanksiyalar tətbiq edib və hakimiyyət bundan narahat deyil. Demək olar, hakimiyyət ölkədə QHT sektorunu neytrallaşdırır və müxalifəti də sıradan çıxarmağa çalışır. Göründüyü kimi, hökumət Qərblə əməkdaşlıq edən bütün partiya və QHT sektorunu ya bağlayacaq, ya da tam özünə tabe edəcək. Qərb isə oktyabr ayında keçiriləcək parlament seçkilərinə ümid edir”.

 

Politoloq qeyd edib ki, Gürcüstan hökuməti Rusiya ilə danışıqlara gedib Abxaziya və Cənubi Osetiyada nəzarəti bərpa etməyi planlaşdırır:

 

“Artıq Rusiya hakimiyyəti Abxaziyaya sosial ödənişləri rəsmən dayandırıb. Bu, seçkiqabağı xalqın hakimiyyəti dəstəkləməsi üçün atılan siyasi addımdır.Seçkilərdə “Gürcü Arzusu” partiyası yenidən qələbə əldə edəcək. Bundan sonra çalışacaqlar ki, Qərblə məsafəli davranılsın. Ümumiyyətlə, Cənubi Qafqazda Qərblə Rusiya arasında toqquşma yeni mərhələyə keçir. Ermənistanda uduzan Rusiya Gürcüstanda təşəbbüsü ələ almağa çalışır. Azərbaycan isə regionda öz müstəqil siyasi gündəmi ilə uğurlu siyasət aparır”.

 

Günay Rəsulqızı 


OXŞAR XƏBƏRLƏR

Şimali Koreya Rusiyaya əlavə qoşunlar və hərbi texnika göndərəcək - "Yonhap"

KXDR Ukrayna ilə müharibədə iştirak etmək üçün Rusiyaya əlavə qoşunlar, eləcə də hərbi texnika və kamikadze dronları göndərməyə hazırlaşır.   Sfera.a...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.   Sfera.az xəbər verir ki, təbrikdə deyilir: &nbs...

AKTA-dan tanımadığımız şəxslərin göndərdiyi linklərlə bağlı XƏBƏRDARLIQ – Hesabınız ələ keçirilə BİLƏR

Cari ilin noyabr-dekabr ayları ərzində kibertəhlükəsizliklə bağlı əhali arasında məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə Azərbaycan Kibertəhlükəsizlik Təş...

“Fənərbağça” təcrübəli basketbolçu ilə yollarını ayırdı

Türkiyənin “Fənərbağça” basketbol komandasında ayrılıq gerçəkləşib.   Sfera.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanb...

Xorvatiya Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Xorvatiya Prezidenti Zoran Milanoviç Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, təbrikdə dey...

Ceyhun Bayramov Serbiya parlamentinin sədri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya işgüzar səfəri çərçivəsində bu ölkənin parlament sədri Ana Brnabiç ilə görüşüb.   Sfera.az...