"Tələblərə ciddi əməl etməlisiniz" - Polisdən ÇAĞIRIŞ

"Tələblərə ciddi əməl etməlisiniz" - Polisdən ÇAĞIRIŞ

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Əsəd Əhmədov küçələrinin kəsişməsində qəza zamanı 1 ədəd piyada işıqforu yararsız hala düşüb.

 

Sfera.az bildirir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

 

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bəzi sürücülərin avtomobil idarə edərkən sürət həddinə əməl etməməsi, işıqforun qırmızı işığından keçməsi bu qurğunun və onun idarəetmə qutusunun yararsız hala düşməsi ilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur:

 

“Cari ilin əvvəlindən bu vaxta qədər avtomobil qəzaları nəticəsində 20-dən çox işıqfor sıradan çıxıb. DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən həmin işıqforların yenisi ilə əvəz edilməsi istiqamətində qısa vaxt ərzində işlər görülüb. Ancaq yararsız vəziyyətə düşən işıqforların yenisi ilə əvəz edilməsinin bir neçə gün çəkdiyini nəzərə alsaq, təbii ki, qəzalar zamanı yaranan bu problemdən əziyyət çəkən elə sürücülərin özləri və piyadalar olurlar”.

 

Qurum qeyd edib ki, sürücülər, xüsusilə də yol kəsişmələrinə daxil olduqda sürət həddinə və işıqforun tələblərinə ciddi əməl etməlidirlər.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Körpə qız "pişik dilində" ünsiyyət qurmaq bacarığı ilə təəccübləndirdi - VİDEO

ABŞ-ın Miçiqan ştatından olan İna, ingiliscə çox məhdud kəlimələrlə danışan qızının miyovlayaraq pişiyi ilə inamla danışa bildiyini müəyyən edib.   Sfe...

Mahnı yox, üçüncü uşaq gəlir: Rihanna “Met Gala”ya hamilə qatıldı

Dünyaca məşhur müğənni və bir dövrün əfsanəsi, pərəstişkarlarının illərdir yeni mahnı gözlədiyi Rihanna yenə körpə sürprizi ilə gəlib. Sfera.az bildirir ki...

Milli əhəmiyyətə malikdir: İngiltərədə nadir dəfinə tapıldı - FOTO

İki xəzinə ovçusu metal detektordan istifadə edərək Anglo-Sakson dəfinəsini kəşf ediblər. İngiltərənin cənub-qərbində aşkarlanan son tapıntılar xalqın diqqətini...

Qeyri-adi doqquzluq əkizlər dördüncü ad gününü qeyd edir - FOTOLAR

Bu yaxınlarda həyat yoldaşları Halima Cisse və Abdelkader Arbi xüsusi bir bayram qeyd ediblər. Onların əkizlərinin dörd yaşı tamam olub.   Sfera.az bil...

İlham Əliyevin Moskvaya getməməsinin - SƏBƏBLƏRİ

Prezident İlham Əliyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə paradına qatılmayacağı barədə məlumat vermişdik.   Sfera.az APA-ya istinadən xəbər ve...

İordaniyada Heydər Əliyevin xatirəsi yad edilib

Ammanda Azərbaycanın milli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib, səfir Eldar Səlimov İordaniya-Azərbaycan münasibətlərini ikitərə...