Toy etmək istəyənlərin nəzərinə! - Qiymətlər qaldırıldı

Toy etmək istəyənlərin nəzərinə! - Qiymətlər qaldırıldı

Ətin qiymətində müşahidə olunan artım restoran menyularına da ciddi təsir edib.

 

Sfera.az-ın məlumatına görə, restoran inzibatçıları deyirlər ki, menyunun tərkibində ət məhsullarına çox yer verildiyindən qiymətinin artması normal hesab olunur.

 

Ətin yeni qiymətləri ilə menyunu köhnə qiymətdə saxlamaq restoran sahiblərinə sərf etmir. Bu səbəbdən də bəzi menyuların qiyməti 10-15 manat artıb.

 

Restoranlar arasında elələri də var ki, menyunun qiymətini stabil saxlamaq üçün müxtəlif üsullara əl atırlar. Onlardan biri də menyunun tərkibində dəyişiklik etməkdir. 

 

İnzibatçılar deyirlər ki, ətin qiymətindəki artım menyu qiymətlərinə təsir etdiyindən müştəri bazasında da ciddi azalma var.

 

Qeyd edək ki, son artımdan sonra dana ətinin 1 kiloqramı 15-19 manat, quzu ətinin isə 1 kiloqramı 20-25 manat arası təklif olunur.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlılar Rusiya bayrağını endirib, Azərbaycan bayrağı qaldırıblar – FOTO

Bu gün Moskvada “Sadovod” bazarının girişində azərbaycanlılar Rusiya Federasiyasının bayrağını endirərək yerinə Azərbaycan bayrağını qaldırıblar. ...

“İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb”

ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzza zolağında 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bildirib.   Sfera.az xəbər verir ki, Amerika lideri...

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...