180 uşaq atası şəxsi həyatı haqqında danışdı


180 uşaq atası şəxsi həyatı haqqında danışdı

İngiltərədə yaşayan özünü “Tənha Co” (Lonely Joe) adlandıran 53 yaşlı kişi 180 uşaq atası olub. Co övladlarından bəziləri ilə ünsiyyət qura bilib.


Sfera.az bildirir ki, Co artıq 14 ildir hamilə qalmaqda çətinlik çəkən qadınlara yardım edir. O, bunu ya “müştərilərlə” intim münasibət quraraq, onlara öz toxumunu kuryer vasitəsilə göndərməklə, ya da biomaterialı şəxsən çatdırmaqla etdiyini iddia edir. Co bu yaxınlarda bəzi övladları ilə görüşməyindən danışıb.


Onun sözlərinə görə, 180-ə yaxın övladı var, ancaq onlardan yalnız 60-ı ilə tanış ola bilib. Bəziləri ilə müntəzəm əlaqə saxlayır, demək olar ki, hər həftə görüşür, bəziləri ilə isə çox uzaqda yaşadıqları üçün yalnız telefon və ya yazışmaqla əlaqə saxlayır.




 

“Övladlarımın qeyri-adi yolla doğulmalarına baxmayaraq, məni axtarmaqları mənim üçün çox vacibdir. Mən onlarla daim maraqlanıram” - deyə o bildirib.
 

Co Cənubi Amerikadakı bəzi övladlarının hətta ondan aliment dəstəyi aldığını da qeyd edib. Lakin aliment istəyənlər çox olduğu üçün hamısına dəstək verə bilmədiyini də vurğulayıb.

"Əlbəttə, bəzi insanların baxışları fərqli ola bilər, lakin 180 nəfərlik ailəm məni bəyənir. Bu, mənə kifayətdir"- deyə britaniyalı kişi əlavə edib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: "Real" "Yuventus"a qalib gəldi

ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.   Sfera.az xəbər verir ki, İspaniya ...

Evdə köhnə telefon və notbuku olanlara şad xəbər - atmayın!

Alimlər köhnə telefon və noutbuklardan qızıl çıxarmağın yolunu tapıblar.   Sfera.az xəbər verir ki, metod həm elektron tullantılardan, həm də filizdə...

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.   Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvə...

Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO

Bu gündən Azərbaycanda qadınlar üçün pensiya yaşı 6 ay artırılır. Pensiya yaşı 64 il 6 ay olacaq. 2027-ci il iyulun 1-dək isə qadınların da pensiya yaşı kişilər...

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...