“Kişilər xəyanət edərkən yoldaşına daha yaxşı davranır” - AÇIQLAMA

“Kişilər xəyanət edərkən yoldaşına daha yaxşı davranır” - AÇIQLAMA

Bu gün cəmiyyətimizin əsas problemlərindən biri də evli bəylərlə münasibətdə olan xanımlardır.

 

Bəs nəyə görə qadınlar evli kişilərlə münasibət qururlar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan parapsixoloq Əfsanə Qasımova bildirib ki, evli bəy evinə gedərkən ilk həmin qadının izlərindən xilas olur.

 

"Yəni həmin qadına olan duyğular evinə gedəndə gizlədiləcək qədər qısa müddətlidir. Bu gün yoldaşını aldadan kişi, sabah onu bir başqası ilə aldadacaq. Həmin qadın isə fərqində olmadan onun yoldaşıyla olan münasibətinin yaxşılaşmasına səbəb olur. Çünki kişi başqa münasibəti olduğunu gizlətmək üçün ona yaxşı davranır. Hətta etmədiyi jestləri edərək yoldaşını sevindirəcək”.

 

Əfsanə Qasımova qeyd edib ki, kişilər, əsasən, münasibətdə olduğu qadına yalan vədlər verir və yalanlar danışır.

 

“Yoldaşını sevmədiyini və ondan ayrılacağını bildirirlər. Bu isə tamamilə yanlışdır. Ayrılmaq istəyən biri heçnəyi gözləmir və zamana buraxmır. Bəylər də bir xanıma qarşı bu hərəkəti etməməlidir. Hər bir ailə sevgiylə qurulmalıdır".

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...