"Google", "Amazon", "Facebook" istifadəçiləri gizlicə dinləyir - SƏBƏB

"Google", "Amazon", "Facebook" istifadəçiləri gizlicə dinləyir - SƏBƏB

“Cox Media Group” texnologiya şirkətlərinə reklam yaratmaq üçün ev cihazlarından toplanan səsləri təhlil edən yeni alət təklif edib. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proqramın mövcudluğu ötən il məlum olub.

 

Alət "Aktiv Dinləmə" adlanır və ağıllı cihazlardan söhbətlərimizi dinlyərək məlumat qəbul etməklə işləyir. Reklamçılar bu məlumatı toplayıb bazardakı istehlakçıları hədəfləmək üçün istifadə edə bilərlər.

 

Bu alətlər ABŞ-də reklamçılara təklif olunur, lakin əksər ştatlarda şəxsin xəbəri olmadan telefon danışıqlarının qeydə alınmasını qadağan edən qanunlar mövcuddur. Təqdimatda deyilir ki, “Cox” böyük texnoloji platformalarla, o cümlədən “Google”, “Amazon” və “Facebook” ilə tərəfdaşdır, lakin bu şirkətlər belə proqramda iştirakını inkar edirlər.

 

“Google” “Cox”-u reklam tərəfdaşları proqramından çıxardığını bildirib:

 

“Bütün reklamçılar qüvvədə olan qanun və qaydalara, eləcə də “Google Ads” siyasətimizə əməl etməlidir. Qanun pozuntuları aşkar edəndə müvafiq tədbirlər görürük”.

 

“Amazon” isə platformanın heç vaxt CMG ilə əməkdaşlıq etmədiyini və bunu etmək planlarının olmadığını qeyd edib.

 

“Meta” şirkəti də bu proqramda tərəfdaş deyil, ümumi marketinq partnyoru kimi göstərildiyinə diqqət çəkib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.   Sfera.az Dövl...

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görü...

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.   Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportund...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lotu Qulinin yaxın adamı olan qanuni oğru axtarışa verildi

"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.   Sfera.az xəbər verir ki, Smolensk...

Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.   Sfera.az xəbər verir ki, elektromobillərin enerji doldu...