Türkiyədə belə psixopat görülməmişdi - FOTO

Türkiyədə belə psixopat görülməmişdi - FOTO

İzmirdə Bülent Şengün adlı şəxs eyni gecədə törətdiyi qətllər, qəsb və quldurluqla şəhərə xaos gətirib.
 

Sfera.az bildirir ki, İzmirdə gecə saatlarında şübhəli şəxs sözün əsl mənasında terror törədib.

 

Əvvəlcə taksiyə minən Bülent Şengün yanından olan silahla taksi sürücüsü Arif Karabacakı tarlada qəsb edib. Silahla Karabacakın boyun nahiyəsinə atəş açan şübhəli taksidən pulu götürərək hadisə yerindən qaçıb.
 

Yola çıxan Bülent Şengün yüngül ticari avtomobili saxlayaraq silahla zorla ələ keçirib. Bu avtomobillə qaçan Şengün Torbalı rayonuna gedərək bazara girib.
 

Bazarı soymağa çalışan Şengün ona müqavimət göstərən market işçisi İlayda Alqara tapança ilə atəş açıb və sürətlə hadisə yerindən qaçıb.

 

Dəfələrlə cinayətlər törədən Bülent Şengün oğurladığı yüngül ticari avtomobillə Qarabağlar rayonuna gəlib. Şengün, Paşaköprü qəbiristanlığı yaxınlığında bankomatdan pul çıxaran Engin K.-nı da qarət edərək, ona tapança ilə atəş açıb.
 

Polis təcavüzkarı oğurladığı avtomobil və cinayət ləvazimatları ilə hava limanı yolunda yaxalayıb. Bülent Şengünün qəsb etdiyi Arif Karabacak və bankomatdan pul çıxaran Engin K.-nın həyatını itirdiyi, market işçisi İlayda Alqarın vəziyyətinin ağır olduğu bildirilib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR