Baydenə izdihamla yaxınlaşmaq qadağan edildi
ABŞ Prezidenti Co Bayden deyib ki, Birləşmiş Ştatların Məxfi Xidməti təhlükəsizlik baxımından ona böyük izdihamla yaxınlaşmağı qadağan edib.
Sfera.az xəbər verir ki, bu barədə Amerika prezidenti jurnalistlərlə söhbəti zamanı bildirib.
"Onlar (ABŞ Məxfi Xidmətinin əməkdaşları) bunun çox təhlükəli olduğunu iddia edirlər", - o qeyd edib.
İyulun 14-də ABŞ-nin keçmiş prezidenti Donald Trampın Pensilvaniyada keçirilən mitinqi atışma ilə başa çatıb. 20 yaşlı Tomas Metyu Kruks AR-15 tüfəngindən siyasətçiyə atəş açıb, güllələrdən biri qulağına dəyib.
Bu hadisə ABŞ-nin 40-cı prezidenti Ronald Reyqandan sonra son 43 ildə Amerika liderinə qarşı ilk sui-qəsd cəhdi olub. İlkin ekspertizanın nəticələrinə görə, Trampı hücum anında başını Kruksa çevirməsi xilas edib, əks halda güllə birbaşa onun başına dəyəcəkdi.
İnci
Sfera.az