Avstraliya səfiri paylaşımına görə İran XİN-ə çağırıldı
Dünya
20:10 / 03.09.2024
1736
Avstraliyanın İrandakı səfiri İan Makkonvil sosial media hesabında etdiyi paylaşıma görə İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Sfera.az-ın verdiyi məlumata görə, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər yayıb.
Məlumata görə, səfir dünən "Instagram" hesabında homoseksualların İranda edam təhlükəsi ilə üzləşməsi barədə paylaşım edib.
Bildirilib ki, İran XİN İan Makkonvilin paylaşımını homoseksuallığın təbliği olduğunu vurğulayıb və bunu İran cəmiyyətinin, eyni zamanda dəyərlərinin təhqir edilməsi adlandırıb.