Xanım müştərini söyən taksi sürücüsü həbs edildi


Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Bakıda xanım sərnişini söyən taksi sürücüsü həbs edilib.

 

Sfera.az-ın məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib.

 

Buna səbəb onun xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.

 

B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getməyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb.

 

Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və 5 gün müddətinə həbs edilib. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...