50-dən çox ölü, 200 yaralı: Ukraynada raket hücumu


50-dən çox ölü, 200 yaralı: Ukraynada raket hücumu

Bu gün Ukraynanın Poltava ərazisinə ballistik raket atılıb. Rus ordusu şəhərdəki təlim mərkəzlərindən birinə hücum edib.


Sfera.az bildirir ki, hadisə nəticəsində 51 nəfər ölüb, 200-dən çox insan yaralanıb.


Poltava Vilayət Dövlət Administrasiyasının rəhbərinin sözlərinə görə, dağıntılar altında daha 18 nəfər ola bilər. Hücum müharibə başlayandan bəri ən pis hücumlardan biri adlandırılıb.
 

Bölgədə üç günlük matəm elan edilib. Hal-hazırda dağıntılar təmizlənir və hadisə yerində axtarış qrupları işləyir. Ölənlərin sayının artacağı gözlənilir.


Poltavada baş verən faciə ilə bağlı Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər üzrə nazirinin keçmiş müavini Georgi Tuka da məlumat verib.


Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, iki ballistik raket təhsil müəssisəsi və xəstəxananın ərazisinə düşüb.

 

“Hadisənin bütün şəraitinin tam və operativ araşdırılmasına göstəriş vermişəm, bütün lazımi xidmətlər xilasetmə əməliyyatına cəlb olunub”- deyə Ukrayna prezidenti bildirib.
 

Poltavadakı partlayışlara Yelena Zelenskaya da münasibət bildirib. O, raket hücumu nəticəsində həlak olanların və yaralananların ailələrinə başsağlığı verib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.   Sfera.az Dövl...

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görü...

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.   Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportund...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lotu Qulinin yaxın adamı olan qanuni oğru axtarışa verildi

"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.   Sfera.az xəbər verir ki, Smolensk...

Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.   Sfera.az xəbər verir ki, elektromobillərin enerji doldu...