Televiziyalar arasında müsabiqənin nəticələri açıqlandı - FOTO

Televiziyalar arasında müsabiqənin nəticələri açıqlandı - FOTO

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 5 aprel 2024-cü ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

 

Sfera.az xəbər verir ki, müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə ARB və ARB 24; elm və mədəniyyət mövzusu üzrə ATV; milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə AzTV və Real TV; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə Xəzər TV; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə Space TV və Xəzər TV; Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə İTV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə Real TV və Space TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

 

Sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə ARB 24; uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə ATV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə ARB24, ATV və AzTV televiziya kanalları uğur qazanıb.


OXŞAR XƏBƏRLƏR

Sənədsiz evlərə çıxarışların verilməsində YENİLİK

"Azərbaycan Prezidenti "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərə əsasən, hüquqların dövlət q...

Kamaləddin Qafarov: III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi hər birimizi qürurlandırdı

“İyulun 19-da Xankəndi şəhərində öz işinə başlamış “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi...

Əli Cam və oğlu azadlığa çıxdı

Ləğv edilmiş “Royal Bank”ın Müşahidə Şurasının sədri Əli Cam və oğlu, bankın baş direktoru Fuad Cam azadlığa çıxıblar.    ...

Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb qaçdı

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.   Sfera.az Report-a istinadla xəbər verir ki, 1993-cü...

Neft ucuzlaşdı

Dünya bazarlarında neft ötən günlə müqayisədə ucuzlaşıb.   Sfera.az xəbər verir ki, hazırda “Brent” markalı neft 68,85 dollara, yüngül ne...

Yanğınların söndürülməsinə 2 helikopter cəlb olundu

Xəbər verdiyimiz kimi, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verib və dərhal ərazi...