Qlobal istiləşmə körpülərin dağılmasına səbəb olacaq - HƏYƏCAN TƏBİLİ
Qlobal istiləşmə ABŞ-də böyük körpü çökmələrinə səbəb ola bilər.
Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
Məlumata görə, iqlim dəyişikliyinin səbəb olduğu həddindən artıq istilər və artan daşqınlar ABŞ-də körpü strukturlarının dağılmasını sürətləndirir.
Kolorado Dövlət Universitetinin professoru Paul Czynowskinin sözlərinə görə,çiddətli istidən bu körpülər oyuncaq evlər kimi dağıla bilər.
NYT qeyd edir ki, körpülər ani temperatur dəyişikliklərinə tab gətirmək üçün nəzərdə tutulmayan materiallardan inşa edilib. Mütəxəssislər bildirirlər ki, ABŞ-də körpülərin dağılmasının əsas səbəbi tikililərin bünövrəsi yaxınlığındakı torpaq çöküntülərinin aşınmasıdır. Bu proses qlobal istiləşmə ilə əlaqəli güclü yağışlarla daha da şiddətlənir.
Nəşr qeyd edir ki, 1960-cı ildən əvvəl tikilmiş bəzi Amerika körpüləri iqlim dəyişikliyinin strukturlara təsirindən əvvəl də təmirə ehtiyac duyurdu. Araşdırmaya görə, qlobal istiləşmə 2050-ci ilə qədər ABŞ-də polad körpülərin dörddə birinin dağılmasına səbəb ola bilər.
Qəzetin yazdığına görə, 2024-cü ildə ABŞ-də havanın temperaturu bütün müşahidələr tarixində rekord səviyyəyə çatıb ki, bu da ölkənin infrastrukturunun əhəmiyyətli hissəsinə ziyan vurub. Xüsusilə, iyul ayında həddindən artıq istilər Nyu-Yorkda körpünün dağılmasına səbəb olub.
Firuzə Əliyeva