Məkrəzi Bankın ehtiyatlarının artması nəyi göstərir? - Dollara tələb...

Məkrəzi Bankın ehtiyatlarının artması nəyi göstərir? - Dollara tələb...

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmində 2024-cü ildə də artım müşahidə edilir.

 

Sfera.az AMB-nin məlumatına əsasən xəbər verir ki, ötən ilin sonunda 11 milyard 613 milyon dollar olan ehtiyatların həcmi bu ilin sentyabrın 1-də 11 milyard 783,5 milyon dollara yüksəlib.

 

Səkkiz ay ərzində ehtiyatların həcmində 170,5 milyon dollar, yəni 1,5 faiz artım qeydə alınıb. Son bir ildə isə ehtiyatların həcmində artım daha böyük olub. Bir il əvvəlki tarixlə müqayisədə ehtiyatlar 2,42 milyard dollar və ya 25,8 faiz artıb. Ehtiyatlarda artım daha çox ilin son aylarında müşahidə edilir. 2023-cü ilin ilk 8 ayında ehtiyatlar 368 milyon dollar artdığı halda, ilin sonunda artımın həcmi 2,617 milyard dollar olub. Buna görə də gözləmək olar ki, 2024-cü ilin yekununda da ehtiyatların həcmində artım sürəti bir qədər yüksələcək.

 

Bəs AMB-nin valyuta ehtiyatlarında artım nəyi göstərir? Ehtiyatlar niyə artır?

 

AMB-nin ehtiyatları iki səbəbdən artır. Birinci səbəb AMB-nin ehtiyatlarının idarə edilməsindən əldə edilən gəlirlərdir. AMB idarəetmə hesabına ehtiyatlarını artıra bilir. Amma ehtiyatlardakı davamlı və yüksək artım vəsaitlərin idarəedilməsi hesabına təmin edilmir. Əgər ehtiyatlar davamlı və bir qədər yüksək templə artırsa, bu o deməkdir ki, Azərbaycanda dollara tələb təkliflə müqayisədə zəifdir. Başqa şəkildə ifadə etsək ölkədə dollar satışı dollar alışından çoxdur. Dollar satışı daha çox olanda dolların məzənnəsinin enməsinə əsas yaranır. AMB dolların ucuzlaşmasını istəmədiyindən bazara müdaxilə edir və satılmayan dolları manatla alır. Buna görə də AMB-nin valyuta ehtiyatları artır.

 

Azərbaycanda son illərdə, eləcə də 2024-cü ildə AMB-nin ehtiyatlarının artması ondan xəbər verir ki, dollara tələb yüksək deyil. Bunun da səbəbi Azərbaycanın tədiyə balansının profisitli olmasıdır. Tədiyə balansı, xüsusən də onun əsas hissəsini təşkil edən cari əməliyyatlar balansı profisitli olduğu müddətdə dolların bahalaşacağını gözləmək əbəsdir.

 

Deməli, AMB-nin ehtiyatlarının dəyişməsi ölkəmizdə dollara olan tələbin vəziyyətini müəyyənləşdirmək üçün önəmli indikatordur. İndikatordakı dəyişikliklər manatın hələ ucuzlaşması üçün əsas olmadığını, milli valyutanın məzənnəsinin sabit qalacağını göstərir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.   Sfera.az Dövl...

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görü...

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.   Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportund...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lotu Qulinin yaxın adamı olan qanuni oğru axtarışa verildi

"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.   Sfera.az xəbər verir ki, Smolensk...

Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.   Sfera.az xəbər verir ki, elektromobillərin enerji doldu...