Azərbaycanın “Şahdəniz” yatağından gəlirləri KƏSKİN AZALDI - SƏBƏB

Azərbaycanın “Şahdəniz” yatağından gəlirləri KƏSKİN AZALDI - SƏBƏB

Bu il Azərbaycanın “Şahdəniz” yatağından gəlirləri kəskin şəkildə azalıb.

 

Sfera.az Dövlət Neft Fondunun açıqladığı məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın 2023-cü ilin yanvar-avqust ayları ərzində “Şahdəniz” yatağından gəliri 1,18 milyard dollar olduğu halda, bu ilin eyni dövründə gəlirlər 364,5 milyon dollara düşüb.

 

Adıçəkilən yataq üzrə gəlirlərdə 815,5 milyon dollar və ya 3,23 dəfə azalma qeydə alınıb. Yataq üzrə gəlirlərin azalmasının əsas səbəbi qaz qiymətlərinin xeyli azalmasıdır.

 

Ötən ilin səkkiz ayı ərzində yataqdan çıxarılan qazın satışından gəlirlər 923,5 milyon dollar təşkil etdiyi halda, bu ilin səkkiz ayında 250,7 milyon dollar olub. Qaz satışından gəlirlərdə 672 milyon dollar azalma var.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR

Bakı metrosu 100 milyon manatdan çox gəlir əldə etdi

"Bakı Metropoliteni" QSC-nin ötən il üzrə sərnişin daşımalarından əldə etdiyi gəlir 100 milyon 437,6 min manat təşkil edib.   Sfera.az Dövl...

Azərbaycan D-8 təşkilatının turizm nazirlərinin iclasında təmsil olunub

5-6 may tarixlərində Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Yüksək Səviyyəli Rəsmilərinin 5-ci görü...

Belarus Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatdı

Mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçinin Azərbaycana rəsmi səfəri başa çatıb.   Belarus hökumətinin başçısını Füzuli Beynəlxalq Aeroportund...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lotu Qulinin yaxın adamı olan qanuni oğru axtarışa verildi

"Nika Qaqrinski" ləqəbli "qanuni oğru" Niko Dqebuadze Rusiyada federal axtarışa verilib.   Sfera.az xəbər verir ki, Smolensk...

Bakıda elektrikdoldurma məntəqəsini SU BASDI - VİDEO

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsini su basıb.   Sfera.az xəbər verir ki, elektromobillərin enerji doldu...