Polisə müqavimət göstərmək istəyən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

Polisə müqavimət göstərmək istəyən şəxs ZƏRƏRSİZLƏŞDİRİLDİ

Sabunçu rayonunda evlərdən birinə naməlum şəxs basqın edib.

 

Sfera.az bildirir ki, hadisə sentyabrın 3-də gecə saatlarında baş verib.

 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şübhəli şəxs dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib:

 

“Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.  Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub. Hazırda faktla bağlı araşdırma aparılır".

 

Günay  


OXŞAR XƏBƏRLƏR