ABŞ hərbçiləri Suriyada İŞİD liderlərindən birinin saxlanıldığını AÇIQLADILAR
Dünya
10:00 / 03.09.2024
3198
ABŞ hərbçiləri “Suriya Demokratik Qüvvələri” alyansı ilə birlikdə İŞİD terror qruplaşmasının liderlərindən birini saxlayıb.
Sfera.az-ın report-a istinadən xəbərinə görə, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.
“ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Suriya Demokratik Qüvvələri ilə birlikdə sentyabrın 1-də səhər tezdən Rakkadakı həbsxanadan qaçaraq yaraqlılara kömək edən İŞİD lideri Xalid Əhməd əl-Dəndəlini yaxalayıb”, - paylaşımda qeyd edilir.
ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı İŞİD-in məhv edilməsini təmin etmək üçün “gələcək qaçış təhlükəsi” ilə mübarizəni davam etdirəcəyini bildirib.