413 piyada keçidi normalara uyğun yerləşdirilməyib
Cəmiyyət
14:31 / 21.12.2016
1119
Bakı şəhəri ərazisində yerləşən piyada keçidləri araşdırılıb: 413 piyada keçidinin normalara uyğun yerləşdirilmədiyi müəyyən edilib.
"Report"un məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli deyib.
"Nəqliyyat sıxlığının aradan qaldırılması və piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə bəzi məntəqələrdə piyadaların hərəkətinin xüsusi düymə ilə idarə olunan işıqforla nizamlanması haqqında təklif aiddiyyəti üzrə təqdim edilib" - V.Kərimli bildirib.
BNA başçısının sözlərinə görə, "Sovetski" adlanan ərazidə salınan yollarda yol hərəkətinin təşkili məqsədilə 2 işıqfor, 11 avtobus dayanacağı və 16 məntəqədə piyada keçidlərinin yerləri müəyyən olunub.
"Bu ərazidə statistik məlumatlar araşdırılaraq zəruri qurumlara təkliflər verilib" - V.Kərimli əlavə edib.