NATO: Kiyevə yardım alyansa təsir edə bilər

NATO: Kiyevə yardım alyansa təsir edə bilər

Bu gün NATO üzv ölkələrin hava məkanını Rusiyanın hücumundan qorumaq hüququnu tanıyıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, eyni zamanda, alyans vurğulayıb ki, Ukraynaya dəstək üçün bu cür hərəkətlər arzuolunmaz nəticələrə səbəb olacaq və bütövlükdə NATO-ya təsir göstərə bilər .

 

“NATO Rusiya tərəfindən müharibənin daha da genişlənməsinin qarşısını almaq üçün məsuliyyət daşıyır. NATO münaqişənin gərginləşməsinə və hərbi blokun üzvlərinin ona birbaşa cəlb olunmasına gətirib çıxara biləcək vəziyyətin pisləşməsinin qarşısını almaq üçün müttəfiqlər arasında məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini qeyd edir",- Şimali Atlantika Alyansının nümayəndəsi deyib. 

 

Alyansın qərargahı ehtiyatlı davranır və Ukraynaya göndərilən hərbi yardım axınının artırılmasının vacibliyini vurğulayıb. Kiyev müttəfiqləri ilə işləməkdə davam edir və onlardan Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyi, o cümlədən Rusiya ərazisində uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyi tələb edir.

 

Polşa və Baltikyanı ölkələr artıq Avropa İttifaqını “bütün gələcək təhdidlər” qarşısında bloku gücləndirmək üçün Rusiya və Belarusla sərhəddə Avropa müdafiə sistemi yaratmağa çağırıb.

 

Bu arada Polşanın xarici işlər naziri Sikorski “Financial Times” qəzetinə müsahibəsində deyib ki, NATO-nun etirazlarına baxmayaraq, Ukrayna ilə həmsərhəd olan ölkələr Rusiyadan gələn raketləri öz hava məkanlarına daxil olmamışdan əvvəl vurmağa “məcburdurlar”.

 

İnci


OXŞAR XƏBƏRLƏR

MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş- FOTOLAR

6 may tarixində Medianın İnkişafı Agentliyində “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair ...

Hikmət Hacıyev media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

Mayın 6-da Medianın İnkişafı Agentliyində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siy...

Azərbaycan-İran əməkdaşlığı müzakirə edildi

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanda səfərdə olan İranın xarici işlər nazirinin müavini, İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxa...

Bu tarixdə mövsüm finalı edəcək

"Mehmet Fetihler sultanı" serialı mövsüm finalına hazırlaşır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran ...

Leyla və Arzu Əliyevalar Şahzadə ilə sərgidə -FOTOLAR

Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Rabat xalça sənəti” immersiv sərgisi açılıb.   Sfe...

Putin və Netanyahu arasında telefon danışığı baş tutdu

Rusiya Prezidenti Vladimir Putin və İsrailin Baş naziri Binyamin Netanyahu Böyük Vətən müharibəsində Qələbənin 80 illik yubileyi münasibətilə təbrik mübadiləsi ...