Cəlal Qurbanov şəhid anasını deputat seçilməsi münasibətilə TƏBRİK ETDİ

Siyasət
17:50 / 02.09.2024
5050
“Mənim oğlum qəhrəmandır” layihəsi və “Fire Land Group”un rəhbəri Cəlal Qurbanov şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmovanın Naxçıvan Ali Məclisinə deputat seçilməsi münasibətilə təbrik edib.
“Qəhrəman şəhidimiz Emin Sadiqovun anası Gülşad anamızı Azərbaycan üzrə ən yüksək səsi toplayaraq millət vəkili seçilməyi münasibətilə ailəmin və dostlarımın adından təbrik edirəm. Anamıza uğurlar arzu edirik!”, - təbrikdə qeyd edilib.
Qeyd edək ki, hərbçimiz 26 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.