Rusiyada daha bir general SAXLANILDI

Rusiyada daha bir general SAXLANILDI

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Leninqrad Hərbi Dairəsinin komandanının maddi-texniki təminat üzrə müavini, general-mayor Valeri Mumincanova qarşı cinayət işi açıb.

 

Sfera.az xəbər verir ki, general Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin (xüsusilə külli miqdarda rüşvət alma) 6-cı bəndi ilə təqsirli bilinir.

 

İstintaqa görə, Mumindjanov əvvəllər Rusiya Federasiyası Müdafiə Nazirliyinin Resurs Təminatı Departamentinin rəisi vəzifəsində çalışan zaman Xüsusi Hərbi Əməliyyat ərazisi də daxil olmaqla, qoşunlara 1,5 milyard rubldan çox məbləğdə geyim forması tədarükü ilə bağlı kommersiya şirkətləri ilə müqavilələrin bağlanmasına köməklik göstərib. Müstəntiqlər hesab edirlər ki, bunun üçün o, iş adamlarından 20 milyon rubldan çox məbləğdə rüşvət alıb.

 

Bundan başqa, müəyyən edilib ki, Leninqrad Hərbi Dairəsinin komandirinin müavini və onun qohumlarının Moskva və Voronejdə 120 milyon rubldan çox dəyəri olan daşınmaz əmlakları var. İstintaq Komitəsindən bildirilib ki, hazırda onların əldə edilməsinin qanuniliyi də yoxlanılır.

 

Valeri Mumindjanov saxlanılıb, onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

 

Qeyd edək ki, Rusiyada rüşvət və korrupsiya cinayətlərinə görə son vaxtlar yüksək vəzifəli və rütbəli hərbçilər həbs olunub.


OXŞAR XƏBƏRLƏR

Dələduzluğa məruz qalan şəxs hansı halda əmlakını geri ala bilər? - Vəkil AÇIQLADI

Son zamanlar insanları aldadaraq mal varlıqlarını öz adına keçirən dələduzların sayı artıb. Xüsusən də belə hadisələr ahıl və ya əqli geriliyi olan insanla...

Dünyanın 21 yaşadək ən bahalı futbolçularının siyahısı AÇIQLANDI

“CIES Futbol Observatory” Beynəlxalq İdman Tədqiqatları Mərkəzi dünyanın 21 yaşadək ən bahalı 100 futbolçusunun siyahısını açıqlayıb.   S...

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində ...

Şarl Mişel COP29-da iştirak edəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda AZALDI

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC...

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi...