Monqolustan Putini həbs edib BCM-ə təhvil verəcək? - Dövlət rəsmisi AÇIQLADI

Monqolustan Putini həbs edib BCM-ə təhvil verəcək? - Dövlət rəsmisi AÇIQLADI

"Rusiya lideri Vladimir Putinin səfəri ərəfəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Monqolustan Prezidenti Uxnaaqin Xurelsuxa müraciət etməsi barədə məlumat reallığa uyğun deyil".

 

Sfera.az xəbər verir ki, bunu Monqolustan prezidentinin mətbuat xidmətinin rəhbəri Ulzibayarin Zolbayar xüsusi brifinqdə deyib.

 

“Gəlin internetdə yayılmış yalan məlumatları ifşa edək. Rusiya liderinin sentyabrın 3-də ölkəmizə səfəri ilə bağlı BCM-in Monqolustan prezidentinə ünvanlanmış məktubda bəyanat və müraciətlər çatdırması barədə məlumat rəsmi mənbədən alınan məlumat deyil, yalan və faktların təhrifidir”, - rəsmi bildirib. 

 

Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kremlin Ulan-Batorun Roma Statutunu imzalaması və Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olması ilə bağlı narahatlığı yoxdur. Onun sözlərinə görə, Rusiya və Monqolustan arasında "əla dialoq" var və Putinin səfərinin bütün aspektləri ətraflı şəkildə hazırlanıb.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 3-də Monqolustana rəsmi səfəri nəzərdə tutulub. Bildirilib ki, Putin Monqolustan prezidenti ilə Rusiya-Monqolustan münasibətlərini, hərtərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.Monqolustan Putinlə bağlı məlumatı YALANLADI: "Elə bir müraciət daxil olmayıb"

 

İnci 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...