Putindən şagirdlərə MARAQLI TÖVSİYƏ: "Məndən nümunə götürməyin”

Putindən şagirdlərə MARAQLI TÖVSİYƏ: "Məndən nümunə götürməyin”

Rusiya Prezidenti Vladimir Putin məktəblərdən birində “Vacib şeylərdən danış” adlı açıq dərsdə iştirak edib.

 

Sfera.az “TASS”a istinadən xəbər verir ki, bir şagird Putindən belə yaxşı formada olmaq üçün nə qədər yatdığını soruşub.

 

Putin olduqca az yatdığını deyib və bu barədə ondan nümunə götürməmələrini istəyib: “Adətən, 6 saat yatıram. Bu gün isə 4 saat yatmışam. Bu mənada məndən nümunə götürməyin”.

 

Rusiya prezidenti söhbət etdiyi şagirdi ən azı səkkiz saat, normal yatmağa çağırıb: “Siz zehninizi çox işlədirsiniz, ona görə də formada olmalısınız. Əslində, mən də formada olmalıyam. Bu gün cəmi dörd saat yatmağım o qədər məşğul insan olduğum üçün yox, iş günümü düzgün təşkil edə bilmədiyim üçündür. Hər bir insan etdiyi hər işdə özünə tənqidi yanaşmalı və nəticə çıxarmalıdır. Mən bunu etməyə çalışacağam. Sizə də məsləhət görürəm”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR