Ermənistan hökuməti Azərbaycanla sərhəd razılaşmasını sentyabrın 5-də MÜZAKİRƏ EDƏCƏK

Siyasət
16:46 / 02.09.2024
3035
Ermənistanın Nazirlər Kabineti Azərbaycanla dövlət sərhədlərinin demarkasiyası haqqında razılaşmanın ratifikasiyası məsələsini sentyabrın 5-də müzakirə edəcək.
Sfera.az-ın Ermənistan mətbuatına istinadən məlumatına görə, bununla bağlı qanun layihəsi hökumətin həmin tarixdəki iclasının gündəliyinə daxil edilib.