Nazir: "Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrində böyük əhəmiyyət kəsb edir"

Siyasət
14:02 / 02.09.2024
2354
2024-cü ilin ilk yarısının göstəricilərində Azərbaycan-Serbiya ticarət dövriyyəsində əhəmiyyətli artım var.
Sfera.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri Marko Curiçlə birgə keçirilən mətbuat konfransında deyib.
“İki ölkə arasında münasibətlərdə iqtisadi sahə xüsusi önəm kəsb edir. Burada Hökumətlərarası Komissiyanın xüsusi önəmi var. Enerji sahəsində əməkdaşlıq Azərbaycan-Serbiya əlaqələrində böyük əhəmiyyət kəsb edir”,-o qeyd edib.
C.Bayramov qeyd edib ki, bu ildən etibarən Azərbaycan qazının Serbiya bazarına 400 milyon kubmetr həcmində çatdırılması nəzərdə tutulub:
"Yaxın dövrdə bunun 1 milyard kubmetrə çatdırılması gözlənilir".