Bu gün ulduzlar sizə nə vəd edir? - FAL

Bu gün ulduzlar sizə nə vəd edir? - FAL

Astroloqlar bu günə olan ulduz falını açıqlayıblar.

 

Sfera.az günün qoroskopunu təqdim edir:

 

Qoç - İş intizamınız mükəmməl şəkildə gedir. Bu gün üslubunuzla ətrafınızdakı insanları heyran edəcəksiniz. Özünüzə arxayın olsanız da, rəhbərlərinizlə danışarkən daha sakit və ehtiyatlı olmalısınız.


Buğa - Bu gün ünsiyyətdə uğurlu olacaqsınız. Lakin ətraf mühit şəraitinə görə arzularınızın həyata keçməsi daha uzun çəkə bilər. 


Əkizlər - Bu gün bəzi dostlarınızın sizdən dəstək gözlədiyini və kömək etmək istəyəcəyini görəcəksiniz. Təşəbbüskar ruhunuzu nümayiş etdirərkən, onun sizə gətirəcəyi üstünlükləri də nəzərə almalısınız.


Xərçəng - Hədəflərinizdə irəliləmək və iş həyatınızda inkişaf etmək istəyirsinizsə, güclü dostların köməyinə ehtiyacınız olacaq. Çətində olduğunuz mövzularda kömək almalı və emosional düşünməyi mümkün qədər tez dayandırmalısınız.


Şir - Bu gün hadisələrə çox emosional yanaşırsınız. Əgər məyus olmaq istəmirsinizsə, ətrafınızda sizdən gizlədilən faktlara qarşı səbrli olmağa üstünlük verməlisiniz. Güvənsizlik hissini dəf etməlisiniz.


Qız - Fikirlərinizin məhdud olmasını sevmirsiniz. Siz öz nizam-intizamınızın icraçısısınız. Buna görə də, qarşılaşdığınız problemlər haqqında fərdi düşündüyünüz üçün səhv başa düşülmə ehtimalınız güclüdür. Bu gün də vəziyyət belə olacaq.


Tərəzi - Yeniliklərə açıq olsanız da, bu gün köhnə vərdişlərinizin təsiri altına düşə bilərsiniz. İnsanlarla keçmiş hadisələr haqqında danışmaqdan zövq alacaqsınız. Bəzi xəbərlər sizə xoş anlar yaşadacaq.


Əqrəb - Emosional enerjinizin gücünü asanlıqla ictimai münasibətlərinizə əks etdirəcəksiniz. Bu gün qeyri-adi fikirlərinizi bölüşmək üçün müxtəlif boşluqlar tapa bilərsiniz. Məntiqinizi sınayacaq problemlərlə qarşılaşa bilərsiniz.


Oxatan - Maddi məsələlərə aludə olmaq istəmirsiniz. Maliyyə problemləri ilə məşğul olmaq sizi narahat edə bilər. Şübhəli tərəflərinizdən yaxa qurtarmalısınız. Yeni iş imkanları ilə bağlı bəzi müzakirələr apara bilərsiniz.


Oğlaq - Mənfi təsirlərə açıq bir gündəsiniz. Məntiqinizi və duyğularınızı tarazlaşdırmağa çalışdığınız zaman özünüzü təzyiq altında hiss edə bilərsiniz. İkitərəfli münasibətlərinizdə yaşadığınız ziddiyyətlər sizi çətin vəziyyətə salacaq.


Dolça - Hədəflərinizə uyğun hərəkət etməyi seçdiyiniz gündür. Həmkarlarınızla güclü birlik yarada bilərsiniz. Yolunuzda dayanan ənənəvi maneələrlə məhdudlaşa bilərsiniz. 


Balıqlar - Ətrafınızdakı ağıllı insanların dəstəyi sizə əhəmiyyətli nüfuz qazandıracaq. Əməkdaşlığa önəm verəcəyiniz gündür. Dəyərlərinizin fərqindəsiniz və bu gün məxfiliyə ehtiyacınız ola bilər. Siz sirli qalmağa üstünlük verirsiniz.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR