Dünya bazarlarında neft UCUZLAŞIR
İqtisadiyyat
12:05 / 02.09.2024
1904
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 0,79% azalaraq 1 barelə görə 76,32 ABŞ dolları təşkil edib.
Sfera.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabr ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,71% azalaraq 1 barelə görə 73,03 ABŞ dollarına enib. (apa)