İtalyanın SWG S.P.A şirkəti: “Vətəndaşlar "exit-poll"da fəal iştirak edirlər”

İtalyanın SWG S.P.A şirkəti: “Vətəndaşlar "exit-poll"da fəal iştirak edirlər”

İtaliyanın SWG S.P.A tədqiqat şirkəti saat 15:00-a qədər 900-ə yaxın seçki məntəqəsində "exit-poll" sorğusu keçirib.

 

Sfera.az xəbər verir ki, bu barədə təşkilatın rəhbəri Rado Fonda bildirib.

 

O xatırladıb ki, SWG S.P.A Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll" üçün qeydiyyatdan keçmiş üç beynəlxalq təşkilatdan biridir: "Məlumatların toplanması yaxşı templə gedir, kifayət qədər çox sayda respondentimiz var".

 

Fonda bildirilib ki, saat 13:00-da ilk məlumat daxil olub və hazırda ikinci daxil olmanın öyrənilməsinə və təhlilinə başlayıblar.

 

Təşkilatın nümayəndəsi Solen Le Mua da öz növbəsində qeyd edib ki, indiyə qədər ümumilikdə 10 minə yaxın insanla rəy sorğusu aparılıb: “Bu gün bizə 10 minə yaxın anket daxil olub ki, bu da vətəndaşların fəal iştirakını göstərir. Seçicilərlə ünsiyyətdə heç bir problem yaşamadıq, bütövlükdə prosesi çox müsbət qiymətləndirmək olar”. (Report.az)


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...