Baş prokuror Kamran Əliyev səs verdi

Baş prokuror Kamran Əliyev səs verdi

Baş prokuror Kamran Əliyev növbədənkənar parlament seçkisində səs verib.

 

Sfera.az xəbər verir ki, baş prokuror 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.

 

Qeyd edək ki, seçki ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir. Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 08:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkisində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.


OXŞAR XƏBƏRLƏR