BDU-nun baş müəllimi vəfat etdi - FOTO

Cəmiyyət
15:30 / 01.09.2024
5405
Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Türk filologiyası kafedrasının baş müəllimi Şamil Alməmmədov vəfat edib.
Sfera.az xəbər verir ki, bu barədə universitet məlumat yayıb.
Bildirilib ki, Şamil Alməmmədovun tədqiqat sahəsi türk dilinin qrammatik quruluşu olub.
O, rus, türk və ərəb dillərini bilirdi. Şamil Alməmmədov fəaliyyəti dövründə 20-yə yaxın məqalə, proqram və kitabın müəllifi olub.