“Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir” - Ahmet Yener

“Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir” - Ahmet Yener

Azərbaycanda parlament seçkiləri səliqəli və şəffaf keçirilir.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçi kimi iştirak edən Türkiyənin Yüksək Seçki Şurasının (YSK) sədri Ahmet Yener deyib.

 

O bildirib ki, Azərbaycan xalqı qutulara sahib çıxdığını göstərir: “Bu gün Azərbaycan demokratiyası və tarixi üçün önəmli gündür. 44 günlük İkinci Qarabağ müharibəsindən sonra ölkədə ilk dəfə parlament seçkiləri keçirilir”.

 

YSK sədri seçkilərin Azərbaycan xalqı və Türk dünyası üçün xeyirli olmasını arzulayıb: “Fəallıq səviyyəsi kifayət qədər yaxşıdır. Bunu görmək sevindiricidir. Məntəqə işçiləri ilə söhbətlərimizdən məlum oldu ki, onlar seçkilərdən əvvəl təlim keçiblər. Həmçinin, təlimatların kitabça halında birləşdiyini gördük. Mühit çox yaxşıdır”. (Report)

 


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...