Ən yüksək fəallıq Xankəndi seçki dairəsində olub


Ən yüksək fəallıq Xankəndi seçki dairəsində olub

Bu gün keçirilən növbədənkənar parlament seçkilərində ən yüksək seçici fəallığı olan dairə açıqlanıb. 

 

Sfera.az xəbər verir ki, saat 12:00-a olan məlumata görə, ən yüksək seçici fəallığı 122 saylı Xankəndi seçki dairəsində müşahidə olunur. Bu dairədə qeyd olunan saata qədər seçici fəallığı 32,6% olub.

 

Həmçinin, 103 saylı Şəmkir kənd seçki dairəsində 28.7%, 102 saylı Şəmkir şəhər seçki dairəsində 28.5%, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində 28 faiz seçici fəallığı müşahidə olunub. 

 

Seçici fəallığının ən aşağı olduğu dairə isə 54 saylı Mingəçevir seçki dairəsidir. Həmin dairədə seçici fəallığı 7,5% olub.


OXŞAR XƏBƏRLƏR