Rövzət Qasımov: Beynəlxalq müşahidəçilərdən heç bir neqativ məlumat daxil olmayıb

Cəmiyyət
11:43 / 01.09.2024
14326
İşğaldan azad edilmiş ərazilərdə səsvermə heç bir diqqətçəkən hal olmadan davam edir.
Sfera.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O qeyd edib ki, həmin ərazilərdəki seçki məntəqələrində də müşahidəçilərin fəallığı özünü göstərir.
"Beynəlxalq müşahidəçilərlə də təmaslarımız rəsmi və qeyri-rəsmi formada davam edir. İndiyədək onlardan heç bir neqativ məlumat daxil olmayıb".(report.az)