1 milyondan çox seçici səs verdi - YENİLƏNDİ

Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermədə saat 10:00-a olan seçici fəallığı açıqlanıb.
Sfera.az xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov MSK-nın Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib.
İndiyədək seçicilərin 9.92 faizi səsvermə hüququndan istifadə edib.
***
Saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
MSK-nın katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov qurumun Seçkilər İnformasiya Mərkəzində keçirdiyi mətbuat konfransında bildirib ki, saat 12:00-a qədər respublika üzrə seçici fəallığı 20,39% olub.
F.Orucovun sözlərinə görə, qeyd edilən müddətə qədər respublika üzrə 1 milyon 309 min 522 nəfər səs verib. Hesabat vermiş məntəqələrin sayı 6478-dir.