Dünyaca məşhur rep ifaçısı konsert zamanı həyatını itirdi - FOTO


Dünyaca məşhur rep ifaçısı konsert zamanı həyatını itirdi - FOTO

ABŞ-ın Konnektikut ştatında Fatman Scoop kimi tanınan məşhur reper İsaak Frimanın konsert zamanı halı pisləşib. Yerə yıxılan 53 yaşlı Fatman Scoop xərəklə səhnədən çıxarılaraq xəstəxanaya aparılıb.
 

Sfera.az bildirir ki, bütün müdaxilələrə baxmayaraq məşhur reperin həyatını xilas etmək mümkün olmayıb. Fatman 53 yaşında dünyasını dəyişib.
 

Fatman Scoop kimi tanınan məşhur reper İsaak Friman konsert verərkən səhnədə yıxılıb.
 

Məşhur reperin ötən gün baş verən hadisədən sonra dünyasını dəyişdiyi bildirilib.


Fatman Scoopun meneceri Birch Michael reperin ölümünü :
 

“Böyük kədər hissi ilə Peşəkar Fatman Scoop kimi tanınan İsaak Frimanın ölümünü elan edirəm. Sən mənə bu gün olduğum adam olmağı öyrətdin. Mən səni sevirəm Scoop, mənə verdiyin hər şeyə görə çox sağ ol”açıqlaması ilə paylaşıb.


Qeyd edək ki, sosial mediada paylaşılan görüntülərdə Fatman Scoopun DJ kabinəsinin arxasında huşunu itirdiyi, daha sonra platformaya çıxmağa çalışdığı, musiqi dayandırıldığı və səhnədəki digər sənətçilərin kütləyə müraciət etməyə davam etdiyi görünür.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR