Səkidə gedərkən çuxura düşən qadını 8 gündür tapmaq mümkün olmayıb

Səkidə gedərkən çuxura düşən qadını 8 gündür tapmaq mümkün olmayıb

Malayziyada səkinin qəfil çökməsi nəticəsində 8 metr dərinlikdə olan çuxura düşən qadın turist itib. 8 gün gecə-gündüz davam edən səylərə baxmayaraq qadını tapmaq mümkün olmayıb.


Sfera.az xəbər verir ki, 8 gün əvvəl Malayziyanın paytaxtı Kuala-Lumpurda səki qəflətən uçub. Səkidə dayanan qadın bir anda gözdən itib.


48 yaşlı hindistanlı turist Vijaya Lakshmi Qali keçən həftə yaxınlıqdakı məbədə gedərkən yerdə əmələ gələn çuxura düşərək itkin düşüb.


İtkin düşən qadının tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb. Xilasetmə qrupları 8 gündür dalğıclar, itlər, sualtı kameralar və qabaqcıl texnologiyaya malik vasitələrlə Qalini yerin altında tapmağa çalışır. Eyni zamanda, səlahiyyətlilər axtarış səylərinin komandalar üçün çox riskli olduğunu da vurğulayıblar.


8 gün ərzində isə qadının yalnız başmaqları tapılıb. Xilasetmə işləri zamanı birinci çuxurun yaxınlığında da yeni çuxur meydana gəlib.

 

Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR