“Starbucks” “Balbucks”a qalib gəldi
Dünya
22:40 / 31.08.2024
7913
“Starbucks” və “Balbucks” arasındakı müharibənin qalibi bəlli olub.
Sfera.az bildirir ki, “Starbucks” “Balbucks”a qarşı məhkəmə iddiasını qazanıb. “Balbucks”un yeni adı açıqlanıb, işarələr dəyişməyə başlayıb.
Bir il davam edən mübarizədən sonra patent müraciəti rədd edilib. “Starbucks” iddianı qazanıb.
Türkiyədə Balıkesir Böyükşəhər Bələdiyyəsi tərəfindən münasib qiymətə kafe xidməti göstərmək üçün qurulan "Balbucks"ın adı iddiadan sonra dəyişdirilib. “Balbucks” brendinin adı “ONON” olaraq dəyişdirilib.
Aynil
Sfera.az