Ruhani İrəvana gedir
Dünya
11:58 / 21.12.2016
1062
İran prezidenti Həsən Ruhani erməni həmkarı Serj Sarkisyanın dəvəti ilə bu gün İrəvana rəsmi səfər edəcək.
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Ruhani Ermənistana səfəri zamanı Serj Sarkisyan və baş nazir Karen Karapetyanla görüşəcək.
"Səfər zamanı müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə dair bir neçə sənədin imzalanması nəzərdə tutulub. Prezidentlərin danışıqların yekunlarına dair mətbuat üçün bəyanatlar verməsi, Ermənistan-İran biznes-forumunda iştirak etməsi nəzərdə tutulub”.