Bir milyon avro dəyərində kəhrəba parçası - FOTO


Bir milyon avro dəyərində kəhrəba parçası - FOTO

Rumıniya dünyanın nəhəng kəhrəba yataqlarına malik ölkələrindən biridir. Buzau qraflığı bu qiymətli daşın bol olduğu ərazilərdən biridir. Burada adətən xüsusi, qara kəhrəba hasil edilir ki, onu da “Buzau kəhrəbası” və ya “Buzau daşı” adlandırırlar.


Sfera.az bildirir ki, nadir qara kəhrəbanın nəhəng bir parçası demək olar ki, 3,5 kq ağırlığındadır. Ancaq yaşlı rumın qadın bunun sadəcə bir daş olduğunu düşünüb.


Belə ki, Koltsı kəndindən olan yaşlı qadın qapını bərkitmək üçün daş deyil, qiymətli kəhrəba tapdığını bilməyib. "Qapı dəstəyinin" dəyəri bir milyon avrodan çoxdur və yaşı 70 milyon ilə qədərdir.


 

 

Yaşlı bir qadın bir il əvvəl təxminən 3,5 kq ağırlığında bir daş tapıb. O, qapısının belə xəzinə olduğundan xəbərsiz olub. Hətta bir dəfə onun evinə soxulan oğruların da bundan xəbəri olmayıb. Onlar zinət əşyalarını oğurlasalar da, qapının yanındakı daşa toxunmayıblar. Lakin oğru onun üzərinə yıxılıb və bu da daşda çat əmələ gəlməsinə səbəb olub. Yalnız qadının varisləri ölümündən sonra onun dəyərini öyrəniblər. Onlar indi dövlətin mülkiyyətində olan və Buzaudakı Kəhrəba Muzeyini bəzəyən ənbəri satıblar.


Daşın yaşı 40 ilə 70 milyon il arasındadır və dünyanın ən böyük qara kəhrəba külçəsidir.
 

 

Qeyd edək ki, Buzauda qara kəhrəba ilə yanaşı, “albalı kəhrəba” da adlandırılan qızıl və qırmızı kəhrəba da çıxarılır. Bəzi kəhrəba parçaları araknidlərin, xərçəngkimilərin, qırxayaqların, sürünənlərin, quş tüklərinin və heyvan xəzlərinin qiymətli qalıqlarını özündə əks etdirir. Mühafizə olunan ərazidə ən məhsuldarlardan biri kimi tanınan keçmiş Stramba kəhrəba mədəni yerləşir.
 

Rumıniyadan gələn qara kəhrəba isə o qədər fərqlidir ki, onu digər növlərdən fərqləndirmək üçün geoloq Oskar Helm ona hətta “rumınit” adını da verib. Koltsı ərazisinin sakinləri inanırlar ki, dağlarında tapdıqları kəhrəba parçaları uğurlar gətirir. Onlar bu daşı uğur əlaməti olaraq öz evlərində saxlayırlar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində ...

Şarl Mişel COP29-da iştirak edəcək

Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etm...

Azərbaycanın dövlət qurumlarına kiberhücumlar oktyabrda AZALDI

Bu ilin yanvar-oktyabr aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) dövlət qurumlarına 828 kiberhücum indikatoru (IOC...

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdi...

“Sənə bir şey almayanda başıma vurursan” - Doğuşdan Xoşqədəmə

Müğənni Doğuş həyat yoldaşı Xoşqədəm Hidayətqızına efirdə etiraz edib.   Sfera.az xəbər verir ki,  hadisə “Səni axtarıram” verilişin...

İlan sancan hamilə qadın ana oldu

Bir müddət əvvəl yeddiaylıq hamilə qadının ilan sancması səbəbi ilə Ağstafa rayonundan Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi...