70 min dollarlıq nişan üzüyü üçün 7 il məhkəməlik oldular

70 min dollarlıq nişan üzüyü üçün 7 il məhkəməlik oldular

Massaçusets ştatında (ABŞ) ayrıldıqdan sonra nişanlılar arasında bahalı nişan üzüyünün kimdə qalması ilə bağlı mübahisə məhkəmə ilə nəticələnib.


Sfera.az bildirir ki, Bryus Conson və Karolin Settino evlənməyi planlaşdırsalar da, tezliklə ayrılıblar. İndi keçmiş sevgililər “Tiffany”nin 70.000 dollardan baha qiymətə olan üzüyünə görə məhkəməlik olublar.


Kişi 2017-ci ildə Bostondakı “Tiffany” mağazasından 70 min dollardan çox qiymətə nişan üzüyü alıb və qadına qolf klubunda evlilik təklifi edib. Cütlük növbəti il evlənməyi planlaşdırsa da, tezliklə ayrılıblar. Bryus Karolinin onu təhqir etdiyini, onunla uşaq kimi davrandığını və xərçəng müalicəsi üçün terapiyalarda onu müşayiət etmədiyini iddia edir.
 

Məhkəmə sənədlərinə görə, Bryus Karolinin telefonunda başqa bir oğlana ünvanlanan mesajı oxuduqdan sonra sevgilisi ilə münasibətlərinə son qoyub:


“Bryus üç günə Konnektikuta gedir. Oynamaq üçün bir az vaxtımız var"-deyə mesajda yazılıb.


Hakim isə üzük mübahisəsində qadının xeyrinə qərar verir.


Bu işdə əsas sual ayrılmaqda kimin günahkar olmasıdır. Mövcud Massaçusets qanununa əsasən, nişan üzüyü şərti hədiyyədir və onu verən şəxs boşanmada cinatər məsuliyyəti daşımadığı halda geri ala bilər.


Hakim əvvəlcə Karolinin tərəfini tutub. Karolin, mesajlaşdığı adamın sadəcə dostu olduğunu və Consonun onların əlaqəsi olduğuna inanmaqda səhvə yol verdiyini bildirib. Buna görə də məhkəmə bu nişanı pozmaqda günahı Bryusun üzərinə götürməsi barədə qərar çıxarıb. Qadına üzüyü saxlamağa icazə verilib. Karolin həmçinin Bryusun vəd etdiyi diş işinə görə on minlərlə dollar təzminat alacaq.
 

Apellyasiya Məhkəməsi isə adamın üzüyü geri almasına qərar verib.


Bununla belə, Bryus Conson Massaçusets Apellyasiya Məhkəməsinə müraciət etməyə müvəffəq olub. Məhkəmə arada həqiqətən nə baş verdiyinin əhəmiyyəti olmamasına qərar verib. Yəni, kişinin nişanı bitirmək üçün tutarlı səbəbləri ola bilər.


"Bəzən nişanı atmaq istəyənin heç bir günah olmaya bilər"-deyən hakim Bryusun üzüyü geri almasına qərar verib.


Karolin isə məhkəmələrin romantik münasibətləri nəzərdən keçirməkdən uzaqlaşmalı olduğu qənaətindədir. O, həmçinin Bryusun üzük üçün qəbz verdiyini və bunun ona məxsus olduğunu ifadə etdiyini bildirib.


Massaçusets Ali Məhkəməsi iş üzrə arqumentlərə sentyabrın 6-da yenidən baxacaq.

 

Aysel

Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...

Sumqayıtda 16 yaşlı yeniyetmə qətlə yetirildi

Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.   Sfera.az-ın məlumatına görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.   2008-c...

Sabah bu rayonda qaz olmayacaq - XƏBƏRDARLIQ!

Sabah Ağdaş rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəri...