Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı

Paris-2024: paraüzgüçümüz gümüş medal qazandı

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında gümüş medal qazanıb.

 

Sfera.az xəbər verir ki, S12 kateqoriyasında çıxış edən idmançı 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

 

Təmsilçimiz finalda 1:00.67 nəticə ilə ikinci yeri tutub.

 

Qeyd edək ki, Saley Rio-2016-nın gümüş, Tokio-2020-nin ikiqat qızıl mükafatçısıdır.


OXŞAR XƏBƏRLƏR