“Ford” nasazlıq səbəbindən 90 mindən çox avtomobili geri çağıracaq

“Ford” nasazlıq səbəbindən 90 mindən çox avtomobili geri çağıracaq

“Ford” şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.

 

Sfera.az xəbər verir ki, bu barədə “US.News” portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

 

NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli “Nano EcoBoost” mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi “Bronco”, “F-150”, “Edge”, “Explorer”, “Lincoln Nautilus” və “Lincoln Aviator” avtomobillərinə aid olacaq.

 

Tənzimləyicidən bildirilib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər mühərrikin tsikl sınağını həyata keçirəcək və ehtiyac yaranacağı təqdirdə mühərriki pulsuz dəyişdirəcək.(Report)


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...