“Gündə bir neçə dəfə..." – Peskov Putinin iş qrafikindən DANIŞDI

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin gərgin iş qrafikindən danışıb.
Sfera.az bildirir ki, o bu barədə jurnalist Pavel Zarubinə müsahibəsində danışıb. Peskov qeyd edib ki, ictimaiyyət prezident fəaliyyətinin yalnız kiçik bir hissəsini görür, əsas iş isə pərdə arxasında qalır.
“Hər bir telefon danışığı müəyyən bir hazırlıqdır. Gündə bir neçə dəfə və ya lazım gəldikdə, gecə-gündüz prezident hərbçilərdən hesabat alır”, - Kremlin sözçüsü deyib.
O həmçinin qeyd edib ki, Putin xüsusi diqqət tələb olunan regionlardakı vəziyyətə, o cümlədən sosial təminat və vətəndaşların təhlükəsizliyinə şəxsən nəzarət edir:
“Bundan əlavə, Rusiya prezidenti beynəlxalq əlaqələrə və mühüm sənədlərin imzalanmasına böyük diqqət yetirir. İşlərin həcminə görə, bəzən hətta bir gün belə kifayət etmir”.
Günay