Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaq

Naxçıvanda Regional DOST Mərkəzi yaxın aylarda açılacaq

Naxçıvan Muxtar Respublikasında Regional DOST Mərkəzi yaxın aylarda açılacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev regionlarda əhalinin DOST, reabilitasiya, peşə hazırlığı xidmətlərinə əlçatanlığının artırılmasının, bu məqsədlə müvafiq xidmətləri göstərəcək yeni müəssisələrin yaradılmasının əsas prioritetlərdən olduğunu qeyd edib.

 

Son illərdə bu sahədə mühüm addımların atıldığı diqqətə çatdırılıb. Bildirilib ki, artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində Qarabağ Regional DOST Mərkəzinin filialı açılıb. Həmçinin Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi müasir tələblərə uyğun qurulub, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzləri tikilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında da yaxın aylarda Regional DOST Mərkəzi açılacaq. Həmçinin Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, muxtar respublikanın rayonlarında DOST filiallarının yaradılması nəzərdə tutulur.

 

Hazırda Quba, Sabirabad, Sumqayıt, Gəncədə DOST mərkəzlərinin tikilməkdə olduğu, Masallıda da bu il DOST Mərkəzinin inşasına başlanacağı qeyd edilib. Şəkidə DOST mərkəzinin, bir sıra rayonlarda DOST filiallarının, Şəki, Quba, Sabirabad, Masallıda peşə hazırlığı, Ağcabədi və Qubada uşaq reabilitasiya mərkəzlərinin və s. yaradılması üçün aparılan layihələndirmə işləri diqqətə çatdırılıb. Kəlbəcərdə əlilliyi olan şəxslər üçün reabilitasiya, bir sıra rayonlarda sosial xidmət müəssisələrinin yaradılacağı bildirilib.

 

Sosial xidmətlər sahəsində görülən işlərdən bəhs olunub. Bu il 4,3 min nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidmətlərinin göstərildiyi, 2,2 mindən çox şəxsin stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edildiyi, 107 uşağın övladlığa verildiyi qeyd edilib.

 

Sosial Dəstək Mərkəzinin aztəminatlı ailələr və digər həssas qruplarla bağlı icra etdiyi layihələr, həmçinin uşaqların müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən bu il təhlil və tədqiqat, sorğu və monitorinq istiqamətlərində görülmüş işlər, əmək bazarının mövcud vəziyyəti və perspektiv inkişaf meyillərinin öyrənilməsi üçün aparılan təhlillər barədə məlumat verilib.

 

İclasda DOST xidmətləri, reabilitasiya, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, sosial xidmətlər, həssas qruplarla bağlı sosial dəstək layihələrinin icrası və digər sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub, daha 44 peşə və kvalifikasiya standartı təsdiq edilib.


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...