“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan...”

“Google”dan kiberhücumlarla bağlı XƏBƏRDARLIQ: “Milyonlarla insan...”

“Google” “Chrome” və “Safari” istifadəçilərinə xəbərdarlıq edib.

 

Sfera.az bildirir ki, dünyada milyonlarla istifadəçiyə xidmət göstərən “Google” şirkəti Rusiya ilə bağlı kiberhücum aşkarlayıb. İstifadəçilərinə xəbərdarlıq edən şirkət, hücumda ABŞ hökuməti tərəfindən sanksiya tətbiq edilən "Pegasus" casus proqramından istifadə edildiyini bildirib.

 

“MailOnline”da yer alan xəbərə görə, sözügedən proqram baş ofisi Cənubi Kiprin Yunan Administrasiyasında yerləşən “Intellexa” şirkəti tərəfindən istehsal olunub. “Google” qeyd edib ki, Apple iOS və Safari brauzerindəki boşluqların əksəriyyəti 2023-cü ilin sentyabrında iOS 16.7 və Safari 16.6.1 yeniləmələri ilə həll olunub.

 

“Android, Windows və MacOS sistemlərində təhlükəsizlik boşluqları isə 2024-cü ilin mayında yeniləmələrlə aradan qaldırılıb”, - şirkət bildirib.

 

“Google” təhlükəsizlik mühəndisi Klement Lecigne, “Kiberhücumu aşkar edən kimi biz həm Apple, həm Android, həm də “Google Chrome”dakı tərəfdaşlarımızı xəbərdar etdik”, - söyləyib.

 

O, hücumun Rusiya hökumətinin dəstəklədiyi APT29 ilə əlaqəli olduğunu vurğulayıb və vəziyyəti "orta dərəcədə təhlükəsiz" hesab edib. “Google”un kibertəhlükəsizlik tədqiqatçıları bu cür hücumların təkcə Rusiya hökuməti tərəfindən dəstəklənən hakerlər tərəfindən deyil, həm də eyni casus proqram vasitələrindən istifadə edən hər hansı yaxşı təlim keçmiş komanda tərəfindən istifadə oluna biləcəyindən narahat olduqlarını bildiriblər.

 

Qeyd edək ki, “Pegasus” iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Naz...

"Süni intellekti iqtisadiyyata tətbiq edən ölkələr qlobal bazarlarda lider olacaqlar" - ŞƏRH

“Süni intellektin iqtisadi inkişafa təsirinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir”.   Bunu Sfera.az-a açıqlamasında iqtisadçı deputat T...

Prezident “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliyi təsdiqlədi

Bələdiyyə büdcəsinin gəlirləri və xərcləri bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunacaq.   ...

“2025-ci ildə neftə tələb artacaq” - İEA

Beynəlxalq Enerji Agentliyi (İEA) bu il qlobal neft tələbinin gündəlik 1,054 milyon barel artaraq orta hesabla 103,96 milyon barelə çatacağını proqnozlaşdırıb. ...

Növbəti iki gündə yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Bəzi rayonlarda növbəti iki gündə yağış və qar yağacaq.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. &...

Sumqayıtda 16 yaşlı yeniyetmə qətlə yetirildi

Sumqayıt şəhərində 16 yaşlı yeniyetmə qətlə yetirilib.   Sfera.az-ın məlumatına görə, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.   2008-c...